<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>382</hymn_number>
<title>Artıq bürüyüb günah dünyanı İL382</title>
<lyrics>[V1]
 Artıq bürüyüb günah dünyanı
 Günahı yumaqçün Rəbb axıtdı Qanın.
 Vaxtdır, tövbə et, Allahı tanı,
 Tək Rəbdən istə xeyir - duanı.

[C1]
   Dünya, sənin insafın hanı?
   Rəbbə qıydın, axıtdın Qanın.
   İndi gözlə Rəbb gələn anı,
   Onda çəkərsən cəzanı.

[V2]
 Rəbbim, dünyaya işıq, nur saçdın
 Günahçün çarmıxda əzab çəkdin.
 Cənnətin qapısın bizlərə açdın
 Tanrım, vədinə Sən sadiq qaldın.

[V3]
 Ruhumla Sənə çatmaq istərəm,
 Mən Sənlə ucalmaq istərəm.
 Qoy tez gəlsin Padşahlığın, Rəbbim,
 Əbədi Sənlə qalmaq istərəm.</lyrics>
</song>